“Kercom” MMC “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgilərində


115-17 may 2019-cu il tarixlərində Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi – “WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” sərgiləri keçirildi.

Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstək proqramı çərçivəsində “Kercom” MMC sərgidə Mr.Bee brendi altında bal və arıçılıq məhsullarını təqdim etdi.

Tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, baş nazir cənab Novruz Məmmədov, İqtisadiyyat naziri cənab Şahin Mustafayev, Kənd Təsərrüfatı naziri cənab İnam Kərimov və digər dövlət rəsmiləri ziyarət etdi.

Qeyd olunan sərgilərdə 31 ölkəni 400 şirkət təmsil edirdi. Sərgi çərçivəsində “Kercom” MMC tərəfindən bir sıra xarici şirkətlərlə biznes əlaqələri qurularaq, ilkin danışıqlara başlanıldı. Nəticə etibarilə bir neçə xarici partnyor şirkətlərlə əməkdaşlığın təməli qoyuldu.

Baş nazir-2 kicik stend. büyükelçi-2-kicik