Cavid Kərimov “Dövlət Sahibkarın ən yaxşı tərəfdaşıdır” mövzusunda konfransda çıxış etdi.


Cavid Kərimov-3İyunun 4-də Bakı Konqres Mərkəzində İqtisadiyyat Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyilə “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” mövzusunda Konfrans keçirildi. 

Konfransda AR İqtisadiyyat naziri cənab Şahin Mustafayev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayev, AR Vergilər nazirinin müavini cənab Sahib Ələkbərov, AR Kənd Təsərrüfatı nazirinin müavini cənab Seyfəddin Talıbov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri cənab Orxan Məmmədov da cari il ərzində ölkədə sahibkarlığın inkişafı istiqamətləri və perspektivlər barədə çıxış etdi.

Milli Sahibkar Gününə həsr olunmuş konfransda “Kercom” MMC-nin direktoru, Mr.Bee bal brendinin yaradıcısı Cavid Kərimov da çıxış etdi. Çıxışı zamanı C.Kərimov şirkətin yaranması və inkişaf tarixçəsi, partnyorlar və şirkətin əldə etdiyi nailiyyətlər barədə məlumat verdi. Eyni zamanda, o, dövlət strukturlarının dəstək proqramları çərçivəsində şirkətin iştirak etdiyi yerli və beynəlxalq sərgilərin əhəmiyyəti barədə, habelə dövlətin sahibkarlara xüsusi qayğısı nəticəsində şirkətin inkişafına verdiyi töhfələrdən danışdı.

Şahin Mustafayev-1         konfrans zalı-2Orxan Memmedov-KOB