Cavid Kərimov AR Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edildi.


medalMr.Bee brendinin yaradıcısı, “Kercom” MMC-nin direktoru Cavid Kərimov AR Prezidentinin 03.06.2019-cu il tarixli “Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında”Sərəncamı ilə “Tərəqqi” medalıyla təltif edildi.

Sərəncama əsasən, Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə fərqlənən şəxslər Tərəqqi medalı ilə təltif olunur.

Ölkə rəhbərliyi tərəfindən göstərilən etimada xüsusi dəyər veririk və bu etimadı doğrultmaq üçün işimizə daha məsuliyyətli və keyfiyyətli yanaşacağımızı bildiririk.