Arıçılıq sahəsində bir ilk


mrbeeKercom MMC-ə məxsus Mr.Bee brendi Azərbaycan arıçılıq sahəsində ilkə imza atdı – www.blog.mrbee.az.

Brend olaraq daim müştərilərin rahatlığını düşünən Mr.Bee mütəmadi olaraq sosial və maarifləndirici layihələr də  həyata keçirməkdədir. Artıq blog.mrbee.az platforması vasitəsilə siz bal və arıçılıq məhsullarına dair istədiyiniz informasiyanı rahatlıqla əldə edə biləcəksiniz.

Məlumdur ki, saf təbiəti və coğrafiyası səbəbindən Azərbaycanda tədarük edilən bal və arıçılıq məhsulları özünəməxsus dadı, yüksək keyfiyyəti və ən əsası isə sonsuz faydaları ilə fərqlənir. Lakin təəssüf ki, biz hələ də bu barədə kifayət qədər məlumata sahib deyilik. Bu əvəzsiz məhsullardan düzgün istifadə qaydası, həmçinin bal və arıçılıq məhsullarının hansı qidalarla necə faydalı olacağını bilmirik. Bu barədə məlumat axtardıqda isə Azərbaycan dilində bizə lazımi məlumatları tapmaq çətin olur. Mr.Bee bütün bunları nəzərə alaraq, sizə faydalı olacaq bir platformanın əsəsasını qoydu.

Beş müxtəlif kateqoriya üzrə (sağlamlıq, gözəllik, maraqlı, reseptlər, mütəxəssis rəyləri) qruplaşdırılmış bloq yazıları sizə gündəlik həyatınızda lazım olacaq və səmərəli istifadə edəcəyiniz məlumat toplusu təqdim edir. “Mütəxəssis rəyləri” adlı kateqoriya isə Azərbaycan arıçılıq səhəsində fəaliyyət göstərən mütəxəssislərin və arıçıların fikirlərini sizə təqdim edəcəkdir.

Qeyd edək ki, hazırda bloq üç dildə (azərbaycan, ingilis, rus) fəaliyyət göstərir. Gələcəkdə təbii Azərbaycan məhsullarının beynəlxalq səviyyədə daha geniş tanıdılması məqsədilə bloqun fərqli dillərdə də xidmət göstərməsi nəzərdə tutulur.

TARİX: 30.04.2018