Mr.Bee ixrac missiyasında


24852203_1641868089192492_2243874151767260731_nKercom MMC-ə məxsus Mr.Bee brendi  3-8 dekabr tarixlərində “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun (Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu) təşkilatçılığı ilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay, Səudiyyə Ərəbistanın Ciddə şəhərlərinə təşkil edilmiş ixrac missiyasında təmsil olunub.

Müsabiqə nəticəsində seçilmiş yerli Azərbaycan şirkətləri arasında yer alan Kercom MMC hər iki ixrac missiyasında Azərbaycan bal məhsullarını uğurla nümayiş etdirib.

Səfər çərçivəsində missiya iştirakçıları yerli bazar və iri market şəbəkələrində olub, həmçinin ikitərəfli görüşlərdə iştirak ediblər. Görüşlərdə ərəb şirkətləri ilə birgə əməkdaşlıq, Azərbaycan məhsullarının iri market şəbəkələrində satışı məsələləri müzakirə edilib.

Kercom MMC nümayəndəliyi Mr.Bee brendi altında Azərbaycan bal məhsullarının ərəb şirkətlərinə təqdimatını həyata keçirib. Qeyd edək ki, məhsullarımız hər iki ixrac missiyasında böyük maraqla qarşılanıb. Kercom şirkəti Azərbaycan balının ixracı ilə bağlı bir neçə distributor şirkətləri ilə danışıqlara başlayıb. Hazırda bu istiqamətdə danışıqlar davam edir.

Tarix: 18.12.2017