Kercom MMC 4-cü Şərq Tərəfdaşlığı Biznes forumunda


15093664104178636249_1000x669Mr.Bee brendinin məxsus olduğu Kercom şirkəti 26-27 oktyabr tarixlərində Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən Şərq Tərəfdaşlığı ölkələrinin 4-cü Biznes Forumunda təmsil olunub.

Forum “Rəqəmsal iqtisadiyyat: Şəffaf və sərhədsiz biznes üçün innovativ platforma” adı altında beynəlxalq iqtisadi əlaqələrin möhkəmləndirilməsi, şəffaflığın, yeni biznes imkanlarının təmin edilməsi, həmçinin Avropa İttifaqının və Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə həyata keçirilib.

Avropa İttifaqı Şurasına sədrlik edən Estoniya Respublikasının prezidenti Kerst Kalyulaydın açılış nitqi ilə başlayan  forumun əsas mövzusu rəqəmsal cəmiyyət və innovasiyalar olub. Tədbir B2B görüşləri ilə davam edib.

Qeyd edək ki, tədbirdə Avropa İttifaqının siyasət adamları, hökumət strukturlarının nümayəndələri, həmçinin Avropa  İttifaqının və Şərq Tərəfdaşlığı ölkələrinin 500-dən çox iş adamları iştirak edib.

1
2
3

Tarix: 28.10.2017