Mr.Bee məhsulları Dubayın “Gulfood – 2017” sərgisində


IMG-20170701-WA0012Mr. Bee məhsulları 26 fevral – 2 mart tarixlərində Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində təşkil edilmiş “Gulfood – 2017” sərgisində nümayiş olunub.

Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Made in Azerbaijan” stendində Azərbaycan istehsalı olan məhsullar arasında Mr. Bee brendi də yer alıb.

Qeyd edək ki, dünyanın ən böyük qida sərgilərindən olan “Gulfood – 2017” sərgisində Azərbaycan şirkətlərinin də iştirak etməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən müsabiqə keçirilib. Sərgidə iştirak hüququ qazanan 24 yerli şirkət arasında Kercom MMC də iştirak edərək, Mr.Bee bal və arıçılıq məhsullarını nümayiş etdirib.

“Made in Azerbaijan” ölkə stendində nümayiş olunan Mr.Bee məhsulları ziyarətçilər və sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb, həmçinin sərgi zamanı Kercom MMC müxtəlif ölkələrdən olan 170-dən çox şirkətlə də görüş keçirərək birgə əməkdaşlıq barədə danışıqlar aparıb.

Onu da qeyd edək ki, “Made in Azerbaijan” brendinin və ölkənin ixrac potensialının inkişaf etdirilməsi məqsədilə Kercom MMC müxtəlif xarici ölkə şirkətləri ilə danışıqları davam etdirməkdədir.

Tarix: 02.03.2017