Mr. Bee məhsulları Araz Supermarketlər Şəbəkəsində


Rustic MorningsArtıq Mr.Bee bal və arıçılıq məhsullarını Araz Supermarketlər Şəbəkəsindən də əldə etmək mümkün olacaq.

“Baku Business Factory”in biznes inkubasiya mərkəzinin xidmətlərindən istifadə edən Kercom MMC-ə məxsus Mr.Bee brendi artıq Bravo, Fresco  marketləri ilə yanaşı, Araz Supermarketlər Şəbəkəsində də öz məhsullarını alıcılara təqdim edir.

Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda fəaliyyət göstərən Kercom MMC ilk dəfə 2016-cı ilin mart ayında “Baku Business Factory”in biznes inkubasiya mərkəzinin xidmətlərindən istifadə etməyə başlayıb. Arıçılıq layihəsinin inkişaf etdirilməsini əsas hədəf seçən Kercom şirkəti kənd təsərrüfatı sahəsində ixtisaslaşmış və mükəmməl brend olmaqda, həmçinin ixrac potensialının da artırılmasında məqsədlidir.

Yaxın zamanda satış şəbəkəsini genişləndirməyi planlaşdıran şirkətin məhsullarını bir sıra müxtəlif market şəbəkələrindən əldə etmək mümkün olacaq.

Tarix: 15.06.2017