Mr.Bee brendi “Beynəlxalq Yaşıl Həftə – 2017” sərgisində nümayiş olunub


IMG-20170701-WA0014Kercom şirkətinə məxsus Mr.Bee bal və arıçılıq məhsulları Almaniyanın Berlin şəhərində təşkil olunan, yanvar ayının 20-dən etibarən start verən “Beynəlxalq Yaşıl Həftə-2017”  (“International Green Week – 2017”) sərgisində nümayiş olunub.

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Azərbaycanın Almaniyadakı səfirliyi və AZPROMO-un dəstəyi ilə Azərbaycanda istehsal edilən 200-dən çox çeşiddə müxtəlif kənd təsərrüfatı və yeyinti məhsullarının nümayiş olunduğu sərgidə müxtəlif qida məhsulları ilə yanaşı, Mr.Bee xalis bal məhsulları da yer alıb.

Qeyd edək ki, “Baku Business Factory”in dəstək göstərdiyi Kercom şirkəti İqtisadiyyat Nazirliyi tərəfindən “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə Almaniyanın Berlin şəhərinə təşkil edilmiş ixrac missiyasına daxil olan 19 şirkətdən biri olub. Almaniya bazarına çıxış əldə etməyin yollarını müəyyənləşdirmək məqsədilə Kercom MMC  müxtəlif şirkət və mütəxəssislərin təcrübəsi ilə tanış olaraq ikitərəfli görüşlərdə də iştirak edib.

Tarix: 28.01.2017